Gəncədə  mağazadan oğurluq edən şəxs saxlanılıb - VİDEO - YENİLƏNİB

Gəncədə  mağazadan oğurluq edən şəxs saxlanılıb - VİDEO  - YENİLƏNİB

© APA | Gəncədə  mağazadan oğurluq edən şəxs saxlanılıb

# 29 iyul 2021 15:28 (UTC +04:00)

Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinə şəhər ərazisindəki mağazalardan birindən oğurluq edilməsi barədə məlumat daxil olub.

İdarədən APA-nın yerli bürosuna verilən məlumata görə, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Araşdırmalar zamanı naməlum şəxsin qeyri-qanuni yolla mağazaya daxil oaraq oradan ümumi dəyəri 3000 manat olan tütün məmulatları və 160 manat nağd pulu oğurlaması məlum olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvələr məhkum olunmuş Elçin Rüstəmov maddi sübutlar ilə birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR