Gəncədə parkdan oğurluq edilib

Gəncədə parkdan oğurluq edilib
# 26 noyabr 2021 12:50 (UTC +04:00)

Gəncədə parkdan oğurluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də Gülüstan qəsəbəsi ərazisində yerləşən parkdan 400 manat dəyərində 1 ədəd oturacaq oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri N.Mustafayev və X.Əliyev saxlanılıblar.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR