Goranboy sakini minaya düşüb - YENİLƏNİB

Goranboy sakini minaya düşüb - YENİLƏNİB
# 20 noyabr 2021 13:42 (UTC +04:00)

Goranboy rayonunun Tapqaraqoyunlu kənd sakini, 1972-ci il təvəllüdlü Qarayev Şahin Qədir oğlunun minaya düşməsinin təfərrüatları məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ş. Qarayev Tapqaraqoyunlu kəndinin yaxınlığında minaya düşüb. Həmin ərazi əvvəllər minalanmış ərazi olmayıb. Həmin minanı başqa ərazidən sel suları gətirib.

Qeyd olunub ki, xəsarət alan şəxsin sol ayağı dizdən aşağı amputasiya olunacaq.

***

13:09

Goranboy rayon sakini minaya düşüb.

APA-nın xəbərinə görə, rayonun Tapqaraqoyunlu kənd sakini, 1972-ci il təvəllüdlü Qarayev Şahin Qədir oğlu örüş sahəsində heyvan otaran zaman mina partlayışı baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, hazırda Rayon Polis Şöbəsinin və digər aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunublar.

APA-nın bölgə müxbirinin xəbərinə görə, partlayış nəticəsində xəsarət alan şəxsə Naftalan Şəhər Mərkəzi Xəstəxanasında ilkin yardım göstərildikdən sonra, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR