Goranboyda 1 tondan artıq çətənə kolu məhv edilib

Goranboyda 1 tondan artıq çətənə kolu məhv edilib
# 22 may 2021 09:31 (UTC +04:00)

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Şəfəq kənd ərazisində yabanı halda bitmiş yaş çəkisi 1 ton 320 kq olan 2200 ədəd çətənə kolu aşkar olunub.

Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR