Goranboyda avtoqəza olub, xəsarət alan var

Goranboyda avtoqəza olub, xəsarət alan var
# 09 oktyabr 2021 08:05 (UTC +04:00)

Goranboy rayonunda yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Qaraçinar kəndi yaxınlığından keçən yolda qeydə alınıb.

Hadisə zamanı 1992-ci il təvəllüdlü rayon sakini Röyal Vahid oğlu Namazov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Daha sonra vəziyətinin ciddiliyi nəzərə alınaraq Gəncədəki klinikaların birinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR