Goranboyda şəhid atasının avtomobilindən oğurluq edən şəxs tutulub

Saxlanılan şəxs

© APA | Saxlanılan şəxs

# 24 noyabr 2021 15:46 (UTC +04:00)

Goranboy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluq hadisələri törədən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Samux rayon sakini, əvvəllər məhkum olunmuş, Nadir Hüseynov yaxın qohumu və həmyerlisi Röyal Həsənovla birlikdə noyabr ayının 16-da Goranboy rayonuna gələrək 2 avtomobildən ümumi dəyəri 1881 manat olan musiqi avadanlıqlarını oğurlayıblar.

N. Hüseynovun ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun daha 2 analoji cinayət hadisəsini törətməsi məlum olub. Belə ki, saxlanılan şəxs cari ilin oktyabr ayında Goranboy rayonuna gələrək, Vətən Müharibəsi şəhidinin atasına məxsus avtomobilə qeyri-qanuni yolla daxil olaraq 360 manat dəyərində maqnitofon və səsgücləndiricini oğurlayıb. Bundan başqa N. Hüseynov növbəti dəfə noyabr ayında vətəndaşa məxsus avtomobildən 450 manat dəyərində maqnitofon və səsgücləndiricini oğurlayıb.

Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı Goranboy RPŞ-də araşdırmalara davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR