Goranboyda yol qəzası olub, xəsarət alanlar var

Goranboyda yol qəzası

© APA | Goranboyda yol qəzası

# 07 sentyabr 2021 17:23 (UTC +04:00)

Goranboyda yol nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dəlməmmədli şəhərində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 21011" markalı minik maşını ilə "VAZ 2106 " avtomobil toqquşub. Qəza zamanı 2 nəfər ağır xəsarət alıb. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR