Göyçay dağlarında güclü yanğın davam edir, 350 hektar ərazi yanıb

Göyçay dağlarında güclü yanğın davam edir, 350 hektar ərazi yanıb
# 26 iyun 2021 20:48 (UTC +04:00)

Göyçay rayonu ərazisində baş verən yanğın qısa vaxtda geniş ərazini əhatə edib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Mirzəhüseynli kəndi ərazisində dağlıq sahədə baş verən yanğının söndürülməsi üçün FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 10-a yaxın yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

İndiyədək 250 hektar sahədə biçilmiş taxıl sahəsi, 100 hektar sahədə quru ot, ağaclar və kol-kos yanıb. Hazırda yanğın davam edir. Dağlıq ərazi olduğu üçün yanğınsöndürən avtomobillərin həmin əraziyə çıxması çətinləşib. Yanğınsöndürənlər alovun qarşısını əl əməyi ilə almağa çalışırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR