Göyçayda “KamAZ”ın ehtiyat hissələrini oğurlayan şəxs tutulub

Sərxan Abdurəhimov

© APA | Sərxan Abdurəhimov

# 26 noyabr 2021 10:54 (UTC +04:00)

Göyçay Rayon Polis Şöbəsinə “KamAZ” markalı yük avtomobilindən ümumi dəyəri 800 manat olan ehtiyat hissələrinin oğurlanması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar keçirilən əməliyyat zamanı oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Sərxan Abdurəhimov saxlanılıb. O, ifadəsində oğurladığı ehtiyat hissələrini rayon ərazisində əlvan metal qəbulu məntəqəsinə satdığını və əldə etdiyi pulu xərclədiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR