Hacıqabulda bir neçə gün əvvəl yol-nəqliyyat hadisəsində xəsarət alan qadın dünyasını dəyişib - YENİLƏNİB

Hacıqabulda bir neçə gün əvvəl yol-nəqliyyat hadisəsində xəsarət alan qadın dünyasını dəyişib - YENİLƏNİB
# 03 sentyabr 2021 13:56 (UTC +04:00)

Hacıqabulda bir neçə gün əvvəl baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərdən biri dünyasını dəyişib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bakı-Qazax magistralının Hacıqabul rayonu Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınan hadisə xəsarət alan 1973-cü il təvəllüdlü Mehdiyeva Arifə Nurəddin qızı həkimlərin sətinə baxmayaraq, xəstəxanada vəfat edib.

***

27 avqust saat 07.34

Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Göyçay sakini, 1981-ci il təvəllüdlü Mehdiyev Zaur Nurəddin oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil dəmir səddə çırpılaraq aşıb. Nəticədə avtomobildə olan sərnişinlər - Göyçay sakinləri, 1973-cü il təvəllüdlü Mehdiyeva Arifə Nurəddin qızı, 1947-ci il təvəllüdlü Mehdiyeva Mehriban Nizam qızı və sürücü müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR