Hacıqabulda əmisi arvadını öldürən şəxsin məhkəməsi başlayır

Hacıqabulda əmisi arvadını öldürən şəxsin məhkəməsi başlayır
# 06 noyabr 2021 09:38 (UTC +04:00)

Hacıqabulda əmisi arvadını öldürməkdə təqsirləndirilən Elvin Axundovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Oruc Cəlilovun icraatına verilib.

Qeyd edək ki, hadisə Hacıqabul rayonunun Muğan kəndində qeydə alınıb.

Kənd sakini, 1986-cı il təvəllüdlü Rəsulova Fəxriyyə Feyruz qızı qaynı oğlu tərəfindən bıçaqlanaraq öldürülüb. Qətli törədən Hacıqabul rayonunun Muğan kənd sakini, 1987-ci il təvəllüdlü Axundov Elvin Arif oğlu saxlanılıb.

Məlumata görə, E. Axundov dul qalan əmisi arvadını 12 yaşlı oğlunun gözü qarşısında çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR