Həbsxanaya telefon keçirilməsinin qarşısı alınıb - FOTO

Həbsxanaya telefon keçirilməsinin qarşısı alınıb

© APA | Həbsxanaya telefon keçirilməsinin qarşısı alınıb

# 20 oktyabr 2021 10:46 (UTC +04:00)

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasına mobil telefon aparatının keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən APA-ya verilən xəbərə görə, Cinayət Məcəlləsinin 29.120.2.1; 29.120.2.4; 29.120.2.6; 221.2.1; 228.2.1; 317-2.1; 67.1 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 11 il 9 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Ramil Fazil oğlu Hüseynliyə qohumu Faiq Rahib oğlu Səmədov tərəfindən gətirilən sovqata baxış keçirilib.

Baxış zamanı orada olan plastik qabın içərisində xüsusi üsulla gizlədilmiş və daxilində danışıq kartı olan “Samsung” markalı mobil telefon aparatı aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR