İki ildə Azərbaycan-Gürcüstan və əks istiqamətdə sərhədi pozmuş 140 nəfər saxlanılıb

İki ildə Azərbaycan-Gürcüstan və əks istiqamətdə sərhədi pozmuş 140 nəfər saxlanılıb

© APA | DSX

# 10 sentyabr 2021 12:52 (UTC +04:00)

2020 və 2021-ci illər ərzində Azərbaycan-Gürcüstan və əks istiqa­mətdə dövlət sərhədini 34 halda pozmuş 140 nəfər saxlanılıb.

Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, sözügedən şəxslər barəsində dövlət sərhədinin qanunsuz olaraq keçmələrinə görə cinayət işi başlanılaraq ibtidai istintaq aparılıb, 63 şəxs isə azyaşlı olduqları üçün aidiyyəti üzrə icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi üzrə komissiyaya və ya komissiyanın iştirakı ilə müvafiq aktla valideynlərinə təhvil veriliblər. Buna baxmayaraq, saxlanılan şəxslərdən 13 nəfərinin təkrarən bir neçə halda dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərmələri müəyyən edilib.

"Göstərilənləri nəzərə alaraq, bu kateqoriyadan olan sərhəd pozucularının dövlət sərhədini pozma cəhdlərinin qarşısının alınması məqsədilə Dövlət Sərhəd Xidməti tərəfindən aidiyyəti dövlət qurumları ilə birlikdə ciddi tədbirlər davam etdirilir", - deyə məlumatda qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR