İmişlidə evdə yanğın olub, 1 nəfər xəsarət alıb

İmişlidə evdə yanğın olub, 1 nəfər xəsarət alıb
# 30 oktyabr 2021 09:04 (UTC +04:00)

İmişli rayonunun Aranlı kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR