İmişlidə həmkəndlisini güllələyən şəxs tutulub - VİDEO

İmişlidə həmkəndlisini güllələyən şəxs tutulub - VİDEO
# 26 may 2021 15:42 (UTC +04:00)

Mətnə video əlavə olunub

***

09:59

Mayın 25-də saat 23 radələrində İmişli rayonu, Çaxırlı kənd sakini Alı Alıyevə odlu silahdan açılan atəşlə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İmişli rayon prokurorluğundan APA-ya verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin həmkəndlisi Yadigar Cəfərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Alı Alıyevi qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Yadigar Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR