İmişlidə yol qəzasında sürücü yaralanıb

İmişlidə yol qəzasında sürücü yaralanıb
# 20 noyabr 2021 22:20 (UTC +04:00)

İmişlidə minik avtomobilləri toqquşub, sürücülərdən biri xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi rayonun Sarxanlı kəndi ərazisində baş verib.

“VAZ 2107” markalı avtomobillə “VAZ 2106” markalı avtomobil toqquşub. Nəticədə “VAZ 2107” markalı avtomobilin sürücüsü, Sarxanlı kənd sakini, 1993-cü il təvəllüdlü Camalzadə Xəzri İkram oğlu sınıq xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR