İsmayıllı sakini qanunsuz ovladığı cüyür və porsuqları ət mağazasında satmaq istəyib

İsmayıllı sakini qanunsuz ovladığı cüyür və porsuqları ət mağazasında satmaq istəyib
# 12 noyabr 2021 11:54 (UTC +04:00)

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Bizlan kəndinin meşə ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, həmin şəxsin Bizlan kənd sakini Ravil Hümbətov olduğu müəyyən edilib və o, Polis Şöbəsinə gətirilib. Saxlanılan şəxsdən müvafiq sənədləri olmayan bir ədəd “İJ” markalı ov tüfəngi götürülüb. Davam etdirilən tədbirlərlə R.Hümbətovun işlədiyi əti mağazasından qanunsuz ovlayaraq satmaq məqsədilə saxladığı 1 baş cüyür və 3 porsuq da aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR