Kamran Əliyev: “Rusiya və Ermənistan Baş prokurorları ilə üçtərəfli görüşdə bəzi razılaşmalar əldə olunub”

Kamran Əliyev

© APA | Kamran Əliyev

# 01 oktyabr 2021 10:34 (UTC +04:00)

"Bir müddət əvvəl Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Rusiyanın təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistanın Baş prokurorlarının görüşündə bəzi məsələlər müzakirə olunub".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

Baş prokuror bildirib ki, görüşdə bəzi razılaşmalar əldə olunub: "Razılıq ondan ibarətdir ki, Rusiya prokurorluğunun vasitəsi ilə əməkdaşlığımız davam etsin. Bu əməkdaşlığın əsas məqsədi bölgədə, regionda sabitliyin təmin edilməsi, gərginliyin azaldılması və zərurət yarandığı hallarda biri-birimizə köməyin göstərilməsidir. Digər məsələlər də müzakirə olunub, qarşı tərəfin bizə müraciətləri daxil olub. Onların verdiyi müraciətlərə baxılır və araşdırılır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR