Koronavirus xəstəsi olan Şəki sakini Sumqayıtda saxlanılıb - FOTO

Mahir Cabbarov

© APA | Mahir Cabbarov

# 27 oktyabr 2021 14:36 (UTC +04:00)

Sumqayıtda aktiv koronavirus xəstəsi ictimai yerdə saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarının şəhər ərazisində keçirdiyi əməliyyat tədbirləri nəticəsində Şəki rayonu, Turan qəsəbəsində qeydiyyatda olan 1964-cü il təvəllüdlü Cabbarov Mahir Cəlil oğlu saxlanılıb. Məlum olub ki, 57 yaşlı Mahir Cabbarov oktyabrın 16-dan aktiv koronavirus xəstəsi kimi qeydiyyata alınıb. O, oktyabrın 18-də Şəkidə evdən çıxaraq Sumqayıta gəlib. M. Cabbarov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinin rəisi ilə görüşmək istəyib və qazi olduğunu bildirib. Araşdırma zamanı məlum olub ki, M. Cabbarov heç bir döyüş əməliyyatlarında iştirak etməyib və qazi adından istifadə etməyə çalışıb. Bununla yanaşı, onun əvvəllər məhkum olunduğu da müəyyən edilib.
Saxlanılan M. Cabbarovun törətdiyi əməllər barəsində Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR