2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət büdcəsində 4 milyard 808,2 milyon manat profisit (büdcə artıqlığı) yaranıb.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 33 milyard 569,6 milyon manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1% çoxdur.
Yanvar-oktyabr aylarında dövlət büdcəsinin xərcləri isə 28 milyard 761,4 milyon manat olub. Bu göstərici illik müqayisədə 3,8% artıb.
Beləliklə, hesabat dövründə büdcə gəlirləri xərcləri 4 milyard 808,2 milyon manat üstələyib.