Kürdəmirdə iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Kürdəmirdə iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO
# 14 iyul 2021 19:18 (UTC +04:00)

Kürdəmirdə yük maşını ilə minik avtomobili toqquşub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun rayonun Atakişilli kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Bərdə rayon sakini, 34 yaşlı Rzayev Nurlan Rəhim oğlunun idarə etdiyi "Mercedes" markalı yük maşını Cəfərov Yolçu Şaiq oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobilə çırpılıb. Nəticədə “VAZ-2106”nın sürücü və onun sərnişini, 20 yaşlı Babayev Ariz Azər oğlu müxtəlif xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR