Kürdəmirdə qətl törədən şəxs tutulub

Kürdəmirdə qətl törədən şəxs tutulub
# 23 iyun 2021 10:58 (UTC +04:00)

İyunun 22-də Ruslan Əsədovun ölməsi barədə Kürdəmir rayon prokurorluğuna məlumat daxil olub.

Kürdəmir rayon prokurorluğundan APA-ya verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla Ramazan Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Ruslan Əsədova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ramazan Qurbanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə  istintaq  davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR