Lənkəranda ana doğuşdan sonra ölüb - YENİLƏNİB - VİDEO

Lənkəranda ana doğuşdan sonra ölüb - YENİLƏNİB  - VİDEO
# 26 may 2021 16:20 (UTC +04:00)

Lənkəran Mərkəzi rayon xəstəxanası (MRX) xəstəxananın Perinatal mərkəzində baş verən ana ölümünə münasibət bildirib.

MRX-dən APA-nın cənub bürosuna verilən məlumata görə, Yaqubzadə Fəridə İlyas qızı mayın 25-də xəstəxanaya daxil olub. Lənkəran MRX direktoru Ağabala Kəlbiyevin sözlərinə görə, bu, pasiyentin 3-cü hamiləliyi və 3-cü doğuşu olub: "Uşaqlıqdakı çapıq səbəbindən təbii doğuş mümkün olmayıb. Bu səbəbdən xəstə qüsursuz qeysəriyyə əməliyyatı keçirib. Əməliyyatdan sonra palataya köçürülüb və monitor vasitəsilə saturasiyanın düşməsi müşahidə edilib. Dərhal lazımi müalicə və müayinələr aparılıb, nəticədə xəstənin saturasiyası 85-ə qədər qalxıb. Bir müddətdən sonra saturasiya yenidən 60-a qədər azalıb. Respublika Təcili Yardım Stansiyasından iki reanimotoloq cəlb edilib. Görülən tədbirlərə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb. Müayinə üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib”.

***

10.28

Lənkəranda 28 yaşlı qadın övladını dünyaya gətirəndən sonra vəfat edib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, dünən axşam Lerik rayon sakini, 1993-cü il təvəllüdlü Fəridə İlyas qızı Yaqubzadə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Perinatal mərkəzində qeysəriyyə əməliyyatı nəticəsində qız övladı dünyaya gətirib. Sonradan vəziyyəti pisləşən ananı həkimlər yenidən əməliyyat ediblər. Həkimlərin səylərinə baxmayaraq, 3 uşaq anası Fəridə Yaqubzadə bu gün səhər vəfat edib.

Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Onun dünyaya gətirdiyi körpənin səhhətində isə problem yoxdur.

Bundan əvvəlki övladını da qeysəriyyə əməliyyatı ilə dünyaya gətirən qadının qohumlarının iddiasına görə, Fəridə Yaqubzadənin ölümü həkim səhlənkarlığı ucbatından olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR