Lənkəranda iki qohumunu güllələyərək öldürən şəxsin məhkəməsi başlayır

Lənkəranda iki qohumunu güllələyərək öldürən şəxsin məhkəməsi başlayır
# 25 sentyabr 2021 09:14 (UTC +04:00)

Lənkəranda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən Seymur Şiriyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İlkin Abdullayevin icraatına verilib.

Qeyd edək ki, hadisə bu il iyunun 23-ü saat 22 radələrində Lənkəran rayonu Havzava kəndində qeyd alınıb. Kənd sakinləri Elmar Fərəcov və Amil Mirzəzadənin ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişlərin qohumu Seymur Şiriyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Elmar Fərəcov və Amil Mirzəzadəyə odlu silahdan atəş açmaqla onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

S. Şiriyev tutularaq istintaqa təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR