Lənkəranda kişi həyat yoldaşını bıçaqlayıb

Lənkəranda kişi həyat yoldaşını bıçaqlayıb
# 27 avqust 2021 23:36 (UTC +04:00)

Lənkəranın Liman şəhərində 37 yaşlı qadın bıçaqlanıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Liman şəhərində 1985-ci il təvəllüdlü Aynur Mirzəyeva həyat yoldaşı tərəfindən bıçaqlanıb.

İki bıçaq xəsarəti alan qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin hansı şəraitdə törədildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR