Lənkəranda meşəlik ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Lənkəranda  meşəlik ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB  - VİDEO

© APA | Lənkəranda meşəlik ərazidə yanğın

# 04 avqust 2021 11:54 (UTC +04:00)

Lənkəranda mürəkkəb relyefli dağlıq ərazidə meşə zolağında baş verən yanğın söndürülüb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

Məlumata görə, Lənkəran rayonunun Moloja kəndi yaxınlığında meşə zolağında baş verən yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının operativ müdaxiləsi nəticəsində söndürülüb.

***

11.37

Lənkəranda mürəkkəb relyefli dağlıq ərazidə meşə zolağında baş verən yanğın məhdudlaşdırılıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının operativ müdaxiləsi nəticəsində Moloja kəndi yaxınlığında meşə zolağında baş verən yanğın bu gün məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR