Lənkəranda narkotacir tutulub

Lənkəranda narkotacir tutulub
# 15 iyun 2021 12:28 (UTC +04:00)

Lənkəranda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini V.Əbdulovun yaşadığı evə baxış zamanı oradan 2 kiloqram 230 qram heroin, 192 qram tiryək, 230 qram metamfetamin, 2 ədəd elektron tərəzi və 2 ədəd bıçaq aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR