Lənkəranda yanacaqdoldurma məntəqəsinə basqın olub, xəsarət alan var

Lənkəranda yanacaqdoldurma məntəqəsinə basqın olub, xəsarət alan var
# 07 oktyabr 2021 10:00 (UTC +04:00)

Lənkəranda yanacaqdoldurma məntəqəsinə basqın olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Girdəni kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə naməlum şəxslər basqın edib. Belə ki, qarət məqsədilə küt alətlərlə məntəqənin əməkdaşlarına edilən hücum nəticəsində 1983-cü il təvəllüdlü Amid Şakir oğlu Kərimov bədən xəsarətləri alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal əməliyyata götürülüb.

Hazırda hadisəni törədən şəxslərin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR