Masallıda 31 yaşlı kişi güllə yarası alıb

Masallıda 31 yaşlı kişi güllə yarası alıb
# 04 noyabr 2021 12:05 (UTC +04:00)

Lənkəran sakini güllə yarası alıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəranın Qumbaşı kənd sakini, 1990-cı il təvəllüdlü Elvin Hüseynov ov etmək üçün getdiyi Masallı rayonunda çiynindən güllə yarası alıb. Yaralanan gənc Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal əməliyyata götürülüb.

Hadisənin odlu silahla ehtiyatsız davranıldığından baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR