Masallıda keçmiş həyat yoldaşı və qaynını öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Masallıda keçmiş həyat yoldaşı və qaynını öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib
# 12 oktyabr 2021 16:48 (UTC +04:00)

Şirvan Apellyasiya Məhkəməsində Masallı rayonunda iki nəfəri qətlı yetirərək ömürlük həbs cəzası alan şəxsin apellyasiya şikayəti üzrə qərar elan olunub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Masallı rayon sakini Ağayev Sarvan Azayxan oğlunun apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2020-ci il fevral ayının 26-da Masallı rayonunun Təzəkənd kənd sakini, 1988-ci il təvəllüdlü Ağayev Sarvan Azayxan oğlu ov tüfəngi ilə keçmiş həyat yoldaşı, 1999-cu il təvəllüdlü Nəbiyeva Alimə Əli qızını, keçmiş qaynı, 1995-ci Nəbiyev Miralim Əli oğlunu və qayınanası, 1977-ci il təvəllüdlü Nəbiyeva Zemfira Ələsgər qızını ov tüfəngi ilə güllələyib. Daha sonra S.Ağayev özünü də boğazından güllələyib, nəticədə onun alt və üst çənəsi dağılıb, burnu amputasiya olunub. Hadisə nəticəsində Miralim Nəbiyev və Alimə Nəbiyeva hadisə yerində ölüb, Zemfira Nəbiyeva isə ağır bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Ağayev CM-in 120.2.4, 120.2.7, 29,120.2.4, 29,120.2.7, 152.1 və 229.1-ci maddələri ilə ömürlük azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR