Masallı rayonunun Qarğalıq kəndində güllələnmə hadisəsi qeydə alınıb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hələlik məlum olmayan səbəbdən 1969-cu il təvəllüdlü Balayar Fətulla oğlu Ağamalıyev güllə yarası alıb. Ona odlu silahdan atəş açılıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.