Masallıda mebel sexində baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Masallıda mebel sexində baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
# 13 noyabr 2021 19:00 (UTC +04:00)

Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən mebel sexində baş vermiş yanğın söndürülüb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

***

saat 18:25

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən mebel fabrikində yanğın olması barədə məlumat daxil olub.

APA-nın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, məlumat qəbul edilən kimi FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, yanğın ikimərtəbəli binanın birinci mərtəbəsindədir.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR