Məhkəmə külli miqdarda narkotik satmaqda ittiham olunan şəxsə bəraət verib

Məhkəmə külli miqdarda narkotik satmaqda ittiham olunan şəxsə bəraət verib
# 02 dekabr 2021 19:54 (UTC +04:00)

Göygöldə narkotik vasitələrinin qanunsuz dövriyyəsində təqsirləndirilən Arif Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, A. Allahverdiyevin əməli məhkəmə istintaqında öz təsdiqini tapmadığından onun barəsində bəraət hökmü çıxarılıb. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, əvvəllər narkotik və qanunsuz silah saxlamaqda ittiham olunan A. Allahverdiyev bu il Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Şəmkir rayon ərazisində saxlanılıb. Onun üzərindən və Göygöl rayonunda yaşadığı evdə aparılan axtarış zamanı külli miqdarda heroin, metafetamin və s. aşkar edilib.

Ona Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində) maddəsi ilə ittiham verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR