Minaya düşən şəxsin ölümü ilə bağlı bəzi detallar məlum olub 

Minaya düşən şəxsin ölümü ilə bağlı bəzi detallar məlum olub 
# 15 noyabr 2021 20:28 (UTC +04:00)

Minaya düşərək həlak olan Ağdam rayonu Təzəkənd kənd sakini Ağayev Zaur İsa oğlunun ölümü ilə bağlı bəzi detallar məlum olub.

APA-nın hadisə yerində olan əməkdaşlarına verilən məlumata görə, Zaur Ağayev işğaldan azad edilmiş ərazilərə qanunsuz səfər edərkən minaya düşüb.

Hadisə yerinə gələn mütəxəssislər mərhumun meyitinin gecə götürülməsinin qeyri-mümkün olduğunu bildiriblər. Meyit səhər saatlarında götürüləcək. Buna səbəb ərazidə mürəkkəb mina sahəsinin mövcudluğudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR