Mingəçevirdə yataqxanada baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB

Mingəçevirdə yataqxanada baş verən yanğın söndürülüb - FOTO  - YENİLƏNİB
# 12 iyun 2021 20:02 (UTC +04:00)

Mingəçevirdə yataqxana binasında baş verən yanğın söndürülüb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə zamanı binasının üçüncü mərtəbəsində quraşdırılan elektrik lövhəsi yanıb.

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti əməkdaşları tərəfindən qısa müddətdə yanğının qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

***

19:34

Mingəçevir şəhərində yataqxanada yanğın baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin ticarət mərkəzi ilə üzbəüz ərazidə yerləşən yataqxana binasının üçüncü mərtəbəsində qeydə alınıb.

Yanğının qarşısının alınması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR