Mingəçevirdə yol qəzası zamanı motosiklet sürücüsü xəsarət alıb

Mingəçevirdə yol qəzası zamanı motosiklet sürücüsü xəsarət alıb
# 12 noyabr 2021 21:36 (UTC +04:00)

Mingəçevirdə yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Samux küçəsində qeydə alınıb.

Ortayaşlı şəhər sakini Valentin Mustafayev idarə etdiyi motosikletin yük yerində dəmir su çənini metal qəbulu məntəqəsinə daşıyarkən qəza törədib.

Hadisəyə səbəb su çəninin anidən yol düşməsi olub. Bu zaman hərəkətdə olan “VAZ 2107” markalı avtomobil əvvəlcə çənə, sonra isə motosikletə çırpılıb.

Qəza nəticəsində xəsarət alan motosikletçi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR