Mingəçevirə qonaq gələn 3 yaşlı uşaq dördüncü mərtəbədən yıxılıb

Mingəçevirə qonaq gələn 3 yaşlı uşaq dördüncü mərtəbədən yıxılıb
# 14 iyul 2021 16:12 (UTC +04:00)

Mingəçevirə qonaq gələn uşaq dördüncü mərtəbədən yıxılıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə hadisə, Nərimanov küçəsi 34 saylı binada baş verib.

Ehtiyatsızlıqda yıxılan 2018-ci il təvəllüdlü Türkiyə vətəndaşı Fenni Həsən Şamil Mehmet oğlu ağır kəllə beyin travması alıb.

Reanimasiya şöbəsinə yerləşdirilən uşağın durumu ağır stabil kimi dəyərləndirilir.

Qeyd edək ki, uşaq Mingəçevirə qonaq gəlibmiş.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR