Müalicə Müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

Müalicə Müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb

© APA | Müalicə Müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb

# 04 oktyabr 2021 10:45 (UTC +04:00)

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Müalicə Müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən APA-ya verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilən və hazırda Müalicə Müəssisəsində saxlanılan Elçin Yaşar oğlu Məmmədova qardaşı Füzuli şəhər sakini Elmir Yaşar oğlu Məmmədov tərəfindən gətirilən sovqata baxış keçirilib. Yoxlama zamanı orada olan qarabaşaq yarmasına qatılaraq xüsusi üsulla gizlədilən ümumi çəkisi 0,694 qram olan narkotik vasitə-heroin aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR