Naftalanda sanatoriyada yanğın olub

Naftalanda sanatoriyada yanğın olub
# 17 avqust 2021 13:26 (UTC +04:00)

Naftalan şəhərində ümumi sahəsi 532 m² olan ikimərtəbəli sanatoriya binasının zirzəmisində 5 ədəd paltaryuyan maşın qismən və zirzəminin lambirindən ibarət tavanı 55 m² sahədə yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR