Oğuzda karantin qaydalarını pozan restoranın sahibi 4 min manat cərimələnib

Oğuzda karantin qaydalarını pozan restoran sahibi 4 min manat cərimələnib

© APA | Oğuzda karantin qaydalarını pozan restoran sahibi 4 min manat cərimələnib

# 04 avqust 2021 12:49 (UTC +04:00)

Oğuz Rayon Polis Şöbəsinin və digər aiddiyyatı qurumların əməkdaşları tərəfindən birgə keçirilən monitorinqlər zamanı Oğuz rayonunun Xaçmaz kəndi ərazisində yerləşən “Dream Park” restoranında təşkil edilən toy mərasimində pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, yoxlama zamanı bir masa arxasında müəyyən edilən say həddindən, yəni 6 nəfərdən artıq qonağın əyləşdiyi, eləcə də karantin rejiminin digər qaydalarına riayət edilmədiyi məlum olub.
Aşkarlanan pozuntularla bağlı obyekti işlədən İqrar Məmmədov inzibati məsuliyyətə cəlb olunaraq 4 min manat məbləğində cərimələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR