Oğuzda yol qəzasında Bakı sakini xəsarət alıb

Oğuzda yol qəzasında Bakı sakini xəsarət alıb
# 30 avqust 2021 22:13 (UTC +04:00)

Bu gün axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Oğuz rayonunun Sincan kəndinin ərazisindən keçən 94-cü km-də yol qəzası baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, 1995-ci il təvəllüdlü, Bakı şəhəri Səbail rayon sakini Həsənli Murad Abuzər oğlunun idarə etdiyi “ZAZ” markalı mopedlə, 1987-ci il təvəllüdlü Zaqatala rayonunun Çökək kənd sakini Kasanoğlu Nizami Şükür oğlunun idarə etdiyi “Mercedes Benz Vito 115 CDI” markalı 99 VC 227 dövlət qeydiyyatlı avtomobil toqquşub.

Qəza nəticədə “ZAZ” markalı mopedin sürücüsü Murad Həsənli xəsarət alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR