Ötən gün “COVID” pasportu olmayan 62 nəfər toya buraxılmayıb

Ötən gün “COVID” pasportu olmayan 62 nəfər toya buraxılmayıb
# 04 noyabr 2021 10:06 (UTC +04:00)

Noyabrın 3-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 73 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq 54 şadlıq sarayında, 19 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 21 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib, 62 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR