Prokurorluq Bakıda törədilən qətllə bağlı məlumat yayıb

Prokurorluq Bakıda törədilən qətllə bağlı məlumat yayıb
# 16 sentyabr 2021 11:50 (UTC +04:00)

Prokurorluq Bakıda baş verən qətllə bağlı məlumat yayıb.

Sabunçu rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, sentyabrın 15-i saat 01 radələrində 1992-ci il təvəllüdlü Cabir Abulovun bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1975-ci il təvəllüdlü İlqar İsmayılovun aralarında yaranmış münaqişə zamanı Cabir Abulova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İlqar İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR