Prokurorluq işçiləri şəhid və qazi ailələrini ziyarət edib - FOTO

Prokurorluq işçiləri tərəfindən şəhid və qazi ailələrinə ziyarətlər təşkil olunub

© APA | Prokurorluq işçiləri tərəfindən şəhid və qazi ailələrinə ziyarətlər təşkil olunub

# 29 sentyabr 2021 10:34 (UTC +04:00)

27 sentyabr Vətən müharibəsi şəhidlərinin Anım günü və 1 Oktyabr Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə I və II Qarabağ müharibələrində iştirak etmiş şəhid və qazi ailələri prokurorluq işçiləri tərəfindən ziyarət edilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, 26-28 sentyabr 2021-ci il tarixlərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun işçiləri hər bir şəhid və döyüşlərdə yaralanmış qazi ailəsinin üzvləri ilə görüşərək onların dərdlərinə şərik olmuş, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərmiş yenilməz Azərbaycan Ordusunun hər bir üzvünün qəhrəmanlıqlarından danışıblar.
Ziyarətin yekununda xatirə fotoşəkilləri çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR