Qaradağda və Samuxda avtomobil yanıb

Qaradağda və Samuxda avtomobil yanıb
# 05 iyul 2021 09:11 (UTC +04:00)

Bakı şəhərinin Qaradağ rayonunda "Hyundai" markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, nəticədə avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Samux rayonunun Sərkar kəndində “VAZ" markalı minik avtomobilinin 1 ədəd təkəri və ön hissəsi də yanıb. Avtomobil və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR