Qaxda iki uşağın göbələkdən zəhərlənərək ölməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub

Qaxda iki uşağın göbələkdən zəhərlənərək ölməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub
# 20 oktyabr 2021 12:25 (UTC +04:00)

Qax rayonunda iki uşağın göbələkdən zəhərlənərək ölməsi faktı ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Göbələkdən zəhərlənərək hazırda Bakıda müalicə olunan Mübariz Qasımovun yeznəsi Seymur Hacızadə APA-ya bildirib ki, qayınatası M. Qasımov, onun övladı 12 yaşlı Murad Qasımlı və qardaşı oğlu 9 yaşlı İbrahimxəlil Qasımzadə oktyabrın 17-si axşam saatlarında evlərində kənd ərazisindən yığılmış göbələk yeyiblər.

Oktyabrın 18-i səhər saatlarında onlar zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsinə müraciət ediblər. Xəstəxanada onların mədələri yuyulub, vəziyyətləri stabilləşdiyi üçün evə buraxılıblar. Onlarda gün ərazində zəhərlənmə əlamətləri davam edib, özlərini narahat hiss ediblər. Oktyabrın 18-dən 19-na keçən gecə hər üç şəxsdə zəhərlənmə əlamətləri daha da artıb. Oktyabrın 19-u səhər saatlarında M. Qasımov, Murad Qasımlı və İbrahimxəlil Qasımzadı yenidən Qax RMX-yə müraciət ediblər. Onlarda kəskin zəhərlənmə əlamətləri olduğu üçün həmin gün Respublika Toksikologiya Mərkəzinə göndəriliblər.

Qeyd edək ki, M. Qasımlı və İ.Qasımzadə Respublika Toksikologiya Mərkəzində ölüb, M.Qasımovun vəziyyəti orta-ağır qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR