Qazax rayonu, Xanlıqlar kənd sakini, 1988-ci il təvəllüdlü Mərdanov Məmməd minaya düşərək ölüb.
APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Bala Cəfərli kəndində baş verib.
DİN Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov faktı APA-ya təsdiq edib.
Hadisə o, traktorla yer əkən zaman olub. O, hadisə yerində dünyasını dəyişib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.