Qazaxda 20 yaşlı gənci avtomobil vurub

Qazaxda 20 yaşlı gənci avtomobil vurub
# 04 iyul 2021 20:11 (UTC +04:00)

Qazaxda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Qazax Rayon Mərkəzi Xəstəxanasının qarşısında qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik maşını yolu keçmək istəyən 2001-ci il təvəllüdlü Abdullayev Nəzər Şahin oğlunu vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Qeyd edək ki, piyadanı avtomobillə vuran sürücünün də qəzadan sonra halı pisləşib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR