Qazaxda minik maşınları ilə eşşək arabası toqquşub, xəsarət alanlar var

Qazaxda minik maşınları ilə eşşək arabası toqquşub, xəsarət alanlar var
# 16 iyul 2021 17:42 (UTC +04:00)

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili "VAZ" markalı maşınla toqquşub. Daha sonra avtomobillərdən biri hərəkətdə olan eşşək arabasını çırpılıb.

Nəticədə arabada olan 1963-cü il təvəllüdlü Kosayev Mahir oğlu və avtomobillərdə olanlar – 1992-ci il təvəllüdlü Əhmədov Elnur Yasin oğlu və 1988-ci il təvəllüldü Xəlilov Nizaməddin Vaqif oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR