Qazaxda yük maşını dərəyə aşıb

Qazaxda yük maşını dərəyə aşıb
# 03 oktyabr 2021 13:04 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonunun Daş Salahlı kəndində “MAN” markalı yük avtomobilinin yol kənarındakı dərəyə aşması barədə məlumat daxil olub.
APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR